EN

2025-ci ilin I yarımilində cinayətlərin sayı azalıb

Finss.az - 2025-ci ilin birinci yarımilində qeydə alınmış cinayətlər ötən ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 10,9% azalıb.

Xüsusilə, qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6% azalma göstərib.

Bu barədə məlumatı Hərbi prokuror Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında bildirib. Onun sözlərinə görə, cinayətkarlığa qarşı aparılan mübarizənin gücləndirilməsi və hüquq-mühafizə orqanlarının səyləri nəticəsində cinayətlərin azalması müşahidə olunur.

Chosen
15
10
fins.az

10Sources