"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi ilk oyunun hakimləri açıqlanıb.
Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüş Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.
Referi Ante Çulinaya yan xətt hakimləri kimi Luka Puşiç və İvan Mihali köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mateo Erceq yerinə yetirəcək.
VAR Mario Zebecə, AVAR isə Tixomir Pejinə həvalə edilib.
"Şelburn" - "Qarabağ" matçı iyulun 23-də Dublindəki “Tolka Park” stadionunda oynanılacaq və Bakı vaaxtə ilə saat 22:45-də başlayacaq.
Bu komandalar arasında cavab görüü isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.