Amerikalıların yalnız 27%-i amerikalı sahibkar İlon Maskın öz partiyasını yaratmaq ideyasını bəyənib...
Poliqon xəbər verir ki, bu barədə Rasmussen Reports öz araşdırmasının nəticələrinə əsasən məlumat yayıb.
Sorğuda iştirak edən seçicilərin daha 1/4-i yeni siyasi qüvvəyə münasibəti ilə bağlı qərar vermədiklərini bildirib və vətəndaşların 48%-i Maskın ABŞ-da üçüncü siyasi partiya yaratması ideyasını pis adlandırıb.
Rasmussen Reports-un iyulun 13-dən 15-dək keçirdiyi sorğuda 1196 nəfər iştirak edib.
İyulun 5-də milyarder İlon Mask siyasi partiyanın - Amerika Partiyasının yaradıldığını elan edib.
Mask bildirib ki, onun partiyası 2028-ci ildə ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində namizədi dəstəkləyə bilər, lakin növbəti 12 ayda diqqət Nümayəndələr Palatasında və Senatda keçiriləcək yarışlarda olacaq.
Poliqon.info