EN

Ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2777-yə çatacaq

2018-ci ildən indiyədək vəkilliyə qəbulla bağlı 15 test imtahanı keçirilib. Bu müddətdə 6480 namizəd imtahanlarda iştirak edib. Onlardan 1912-si uğurla icbari təlim mərhələsini tamamlayıb və and içərək Vəkillər Kollegiyasının (VK) üzvü olub.

Xezerxeber.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən kollegiyanın Rəyasət Heyətinin geniştərkibli iclasında və vəkilliyə namizədlərin andiçmə mərasimində çıxış edərkən bildirib.

O deyib ki, bugünkü tədbirdə vəkilliyə namizəd olan daha 77 nəfər andiçmə mərasimində iştirak edərək kollegiyaya üzv qəbul olunacaqlar. “Ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2777-yə çatacaq. Yeni qəbul olunmuş namizədlərdən 59-u kişi, 18-i qadındır. Onlardan 7-i regionlarda, 70-i paytaxtda fəaliyyət göstərəcək. Qadın vəkillərin ümumi üzv sayına nisbəti 17 faizə çataraq 595 nəfər olacaq”, - deyə A. Bağırov diqqətə çatdırıb.

Chosen
76
21
xezerxeber.az

10Sources