EN

11 ölkədən Suriyaya dəstək: Təcavüzkar hərəkətlərə son qoyulmalıdır!

Türkiyə və on ərəb ölkəsinin xarici işlər nazirləri Suriyadakı son hadisələrlə bağlı birgə bəyanat yayıblar.

Turkustan.az xəbər verir ki, bəyanatda Suriyanın təhlükəsizliyini, birliyini, sabitliyini və suverenliyini dəstəklədikləri və daxili işlərinə hər cür kənar müdaxiləni rədd etdikləri vurğulanıb.

Türkiyə Cümhuriyyəti, İordaniya Haşimilər Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı Krallığı, İraq Respublikası, Oman Sultanlığı, Qətər, Küveyt, Livan Respublikası və Misir Ərəb Respublikasının xarici işlər nazirlərinin iştirakı ilə keçirilən iki günlük danışıqlarda Suriyanın yenidən qurulması prosesi, sabitliyə əsaslanan təhlükəsizlik və bu istiqamətdə birgə səylər müzakirə edilib.

Birgə bəyanatda onlar Sveyda əyalətində böhrana son qoymaq üçün əldə olunmuş razılaşmanı alqışlayıblar və beynəlxalq ictimaiyyəti Suriya hökumətini onun yenidən qurulması prosesində dəstəkləməyə və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına İsrailin bütün işğal olunmuş Suriya ərazilərindən çıxarılmasını təmin etməyə və İsrailin Suriyaya qarşı bütün təcavüzkar hərəkətlərinə və onun daxili işlərinə müdaxiləsinə son qoymağa çağırıblar.

Bəyannamədə həmçinin Suriyanın təhlükəsizliyi, birliyi və sabitliyinə dəstək və ölkənin daxili işlərinə hər hansı xarici müdaxilənin rədd edilməsi vurğulanıb, eyni zamanda İsrailin Suriyaya təkrar hücumları pislənib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
turkustan.az

1Sources