EN

Azərbaycan nefti 72,67 dollara satılır -BİRJALARDA SON VƏZİYYƏT

Dünya birjalarında neft bahalaşıb.

 

Senzor.az bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,3 dollar artaraq 69,82 dollar olub. 

 

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,27 dollar azalaraq 67,81 dollar təşkil edib.

 

Dünya bazarında Azərbaycan nefti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,31 dollar və ya 0,43 faiz artaraq 72,67 dollar olub.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Chosen
18
10
senzor.az

10Sources