EN

Türk millətinin bir yerdə olması vacibdir- ÖZƏL

"Türkmənistanın  Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri qardaş gəlişidir.  Onun Füzuli rayonunda işğal illərində xarabalıqlara çevrilmiş yerlərə baxması müasir dövrün vəhşiliyini əyani görməsi,  işğaldan azad edildikdən sonrakı qısa müddətdə hər yerdə görülən möhtəşəm quruculuq işlərinin bir qismilə tanışlığı isə Azərbaycan millətinin xarakterindən doğan yüksək mədəniyyətə, istedadına, yaradıcı olmasına, Azərbaycan dövlətinin qüdrətinə şahidlik etməsi idi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib:
    "Cənab Prezidentimiz İlham Əliyev  Q. Berdiməhəmmədova Qarabağ atı bağışladı. Türk millətlərində at həmişə murad hesab edilib. Türk dünyasının muradı hasil olsun... 
     Bizi ayaqda saxlayan zəngin, qədim tariximiz, milli-mənəvi dəyərlərimizdir. Biz sağlam kökləri dərinlərə gedən və yerdən qoparıla bilinməyən nəhəng bir ağacın budaqlarıyıq. Köksüz ağac dam üstündə bitmiş ot kimidir, külək dəyən kimi yox olur.  Budaqları kəsilmiş ağac da quruyur. Ona görə də türk millətlərinin bir yerdə olmazı vacibdir.
    Bu səfər dövlət başçımızın türk dünyasını daha sağlam tutmağa, bu gününə və gələcəyinə dair strateji baxışının bir parçası olaraq tariximizə keçdi... Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri qardaş gəlişidir.  Onun Füzuli rayonunda işğal illərində xarabalıqlara çevrilmiş yerlərə baxması müasir dövrün vəhşiliyini əyani görməsi,  işğaldan azad edildikdən sonrakı qısa müddətdə hər yerdə görülən möhtəşəm quruculuq işlərinin bir qismilə tanışlığı isə Azərbaycan millətinin xarakterindən doğan yüksək mədəniyyətə, istedadına, yaradıcı olmasına, Azərbaycan dövlətinin qüdrətinə şahidlik etməsi idi. 
    Cənab Prezidentimiz İlham Əliyev  Q. Berdiməhəmmədova Qarabağ atı bağışladı. Türk millətlərində at həmişə murad hesab edilib. Türk dünyasının muradı hasil olsun... 
     Bizi ayaqda saxlayan zəngin, qədim tariximiz, milli-mənəvi dəyərlərimizdir. Biz sağlam kökləri dərinlərə gedən və yerdən qoparıla bilinməyən nəhəng bir ağacın budaqlarıyıq. Köksüz ağac dam üstündə bitmiş ot kimidir, külək dəyən kimi yox olur.  Budaqları kəsilmiş ağac da quruyur. Ona görə də türk millətlərinin bir yerdə olmazı vacibdir.
    Bu səfər dövlət başçımızın türk dünyasını daha sağlam tutmağa, bu gününə və gələcəyinə dair strateji baxışının bir parçası olaraq tariximizə keçdi..."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
91
olaylar.az

1Sources