EN

Bu gün Misli Premyer Liqasının püşkü atılacaq

Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılacaq.

“İki sahil” xəbər verir ki, mərasim "Alov qüllələri" kompleksinin "Üzeyir Hacıbəyli zalı"nda keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək. Çempionatda 12 komanda mübarizə aparacaq. Bunlar "Qarabağ", "Zirə", "Araz Naxçıvan", "Turan Tovuz", "Sabah", "Neftçi", "Şamaxı", "Sumqayıt", "Kəpəz", "Qəbələ", "Karvan" və "İmişli"dir. 

Chosen
41
7
ikisahil.az

10Sources