Goranboy rayonunda yeznə və qayın arasında baş verən mübahisə zamanı hər iki şəxs xəsarət alıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Qaraçinar kəndində baş verib.
İlkin məlumata görə, Kəlbəcər sakini Fikrət Qəhramanlı taxta parçası ilə qaynı Zülfü Orucluya xəsarət yetirib. Zülfü Oruclu isə bıçaqla F.Qəhramanlının əlini kəsib.