Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.
Milli.Az xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,125 əmsal əlavə olunub.
Bu, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan "Sele" (Sloveniya) - "Sabah" matçından (3:3) sonra reallaşıb. Paytaxt klubu heç-heçə nəticəsində ölkə reytinqinə 0,125 əmsal əlavə edib.
Hazırda Azərbaycan 17.250 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Ukrayna (17,975), 30-cu sırada isə Bolqarıstan (16,500) qərarlaşıb.
Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.
Milli.Az