EN

Azərbaycanın həndbol hakimləri Portuqaliyada keçiriləcək Universiadada iştirak edəcəklər

Azərbaycanın həndbol üzrə Yüksək Liqa hakimləri Ləman və Aydan Həmidova bacıları 22–29 iyul tarixlərində Portuqaliyanın Covilha şəhərində keçiriləcək Universiada turnirində iştirak edəcəklər.

Bu barədə "Report"a Həndbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Avropa Həndbol Federasiyasının “Gənc Hakimlər Layihəsi” çərçivəsində təşkil olunacaq yarışda 24 komanda 4 qrupda mübarizə aparacaq.

Azərbaycan təmsilçiləri qarşılaşmaları idarə etməklə yanaşı, təşkil olunan seminarda oyun qaydaları, fiziki hazırlıq və ingilis dili üzrə imtahan verəcək, həmçinin matçların idarə olunması ilə bağlı praktiki təhlillərə qatılacaqlar.

Qeyd edək ki, Ləman və Aydan Həmidova ötən il İsveçin Göteborq şəhərində keçirilən Açıq Avropa Çempionatında da hakimlik ediblər.

Chosen
68
8
report.az

10Sources