Bloomberg-in faiz dərəcəsi ilə bağlı sorğusuna qatılan qurumların ortaq proqnozuna görə, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) iyulun 24-də keçiriləcək iclasında bir həftəlik repo hərrac faiz dərəcəsini (uçot dərəcəsi) 2,50 faiz bəndi azaldaraq 43,5 faizə endirəcəyi gözlənilir.
FED.az xəbər verir ki, hazırda TCMB-nin əsas faizi 46% səviyyəsindədir.
Sorğuya görə, iyul ayı üçün ən aşağı həftəlik repo dərəcəsi təxmini 42,5%, ən yüksək gözlənti isə 46%-dir.
Sorğuya əsasən, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) bir gecəlik borc faizini 49%-dən 46%-ə endirəcəyi gözlənilir.
2025-ci ilin sonu üçün bir həftəlik repo hərrac faiz dərəcəsilə bağlı proqnoz 36%-dir.
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) iyun iclasında bir həftəlik repo hərracı faiz dərəcəsini dəyişməyərək 46 faiz, bir gecəlik borclanma faizini isə 49 faiz səviyyəsində saxlayıb.
İyulun 24-dən sonra Sentyabrın 11-də Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı pul siyasəti komitəsinin növbəti iclasını keçirəcək. (Marja)