EN

UEFA əlavə püşkə ehtiyac duymayacaq

UEFA qitə kuboklarının pley-off mərhələrinin püşkatma qaydalarına cüzi dəyişiklik edib.

"Football-plus.az" xəbər verir ki, qitənin futbol qurumu yeni mövsümdən əlavə püşkə ehtiyac duymayacaq.

Söhbət Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında vahid liqa mərhələsindən sonrakı püşkatma zamanı komandaların evdə və ya səfərdə oynayacağını müəyyən edən püşkün ləğvindən gedir. Bundan sonra pley-off mərhələlərində komandaların ilk və ya cavab oyununu harda keçirəcəyini vahid liqada tutduğu yeri müəyyən edəcək: əsas mərhələnin yekun cədvəlində rəqibindən üstün olan klub ilk oyunu səfərdə keçirəcək.

Ötən mövsümlə bağlı bir maraqlı nümunə göstərək. Çempionlar Liqasının vahid liqa mərhələsini 11-ci yerdə başa vuran “Real” 36 komanda arasında 3-cü yeri tutan “Arsenal” ilə ilk oyunu səfərdə keçirmiş və 0:3 hesabıyla uduzmuşdu. Yeni qaydaya əsasən, İspaniya klubu cavab görüşünü evdə yox, Londonda keçirməli olacaqdı.

Bundan başqa, pley-offda aşağı reytinqə malik komanda yüksək reytinqli rəqibini mübarizədən kənarlaşdırıbsa, növbəti püşkatmada “səpələnmişlər” səbətinə daxil ediləcək.

Chosen
17
football-plus.az

1Sources