EN

Snup Doqq "Suonsi"nin səhmdarı oldu

Bakı. Trend:

Məşhur amerikalı reper Snup Doqq İngiltərənin Çempionşiptəmsilçisi "Suonsi Siti" futbol klubunun səhmdarı olub.

Trend xəbər verirki, bu barədə klubun rəsmi açıqlamasına istinadən "Sky Sports"məlumat yayıb.

Bildirilir ki, musiqiçi kluba şəxsi sərmayə yatırıb və klubuninkişaf strategiyasında fəal rol oynayacaq.

"Suonsi"nin əsas sahibləri Brett Kravatt və Ceyson Koen yeniortaqla birgə klub brendini qlobal bazarda daha geniş şəkildətanıtmağı və gəlirləri artırmağı planlaşdırır.

Qeyd edək ki, Snup Doqq iki gün əvvəl klubun 2025/2026 mövsümüüçün təqdim etdiyi yeni formaların rəsmi təqdimat mərasimində dəiştirak edib. Bu addım onun kluba olan marağının və iştirakınınyalnız maliyyə deyil, həm də tanıtım yönümlü olduğunu göstərir.

Xatırladaq ki, aprel ayında "Suonsi"nin səhmdarları sırasınaLuka Modriç də daxil olmuşdu. "Real Madrid"in sabiqyarımmüdafiəçisi növbəti mövsümdən "Milan" klubunda çıxışedəcək.

Chosen
29
az.trend.az

1Sources