EN

Samir Abasov: “Bu səhvlər normaldır”

“Neftçi”nin baş məşqçisi Samir Abasov İsrailin “Hapoel” (Təl-Əviv) komandası ilə yoxlama oyunundan sonra “Neftçi TV”yə açıqlama verib.

Arena.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçəni belə şərh edib:

“Uzun müddətdən sonra ilk yoxlama görüşü idi. Oyunun hansı məcrada keçəcəyi haqda dünən sizə danışmışdım, hər hissəyə fərqli heyətlə çıxacağımızı demişdim. Futbolçular üçün necə çətin olduğu matçdan görünürdü. Həm uzun müddət idi oyun keçirmirdik, həm də ağır yükləmələrdən sonra matça çıxırdıq. Məqsəd o idi ki, fiziki yükləmələrin fonunda futbolçuların özlərini necə göstərəcəklərini görək. Məncə, bunun öhdəsindən gəldilər. Bu oyunlara taktiki cəhətdən o qədər də köklənmirik, fiziki aspektləri də düşünürük. Çünki çempionatın başlanmasına yetərincə vaxt var. Çalışırıq ki, futbolçular bu müddətdə tonusdan düşməsinlər, əksinə, belə oyunlarla onların fiziki vəziyyətlərini daha da yaxşılaşdıraq.

Fikrimcə, ilk oyun üçün pis deyildi. Futbolçuların ayrı-ayrılıqda etdikləri səhvlər normaldır. Özümüz də futbolçu olmuşuq, bilirik ki, bu vəziyyətdə ayaqlar sözə qulaq asmır. Yəni onları anlayırıq. Nəzərə alaq ki, dünən iki məşqimiz var idi. Əsas odur ki, fiziki durumumuzu yaxşılaşdıraq. Bununla yanaşı, komandanı formalaşdırandan sonra çempionata yaxşı hazır olacağımıza inanıram”, deyə Samir Abasov bildirib.

Chosen
1
4
arena.az

5Sources