EN

"Sabah" Avropa Liqasında mübarizəni dayandırdı

Bu gün Azərbaycan kubokunun sahibi “Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniyada “Selye” komandası ilə üz-üzə gəlib.

"Unikal" xəbər verir ki, Bakı təmsilçisi ilk matçda 2:3 hesabı ilə məğlub olduğundan mərhələ adlamaq üçün mütləq qələbə qazanmalı idi.

Oyun ərzində hesabı açan “Sabah” bir müddət sonra geri düşsə də, Coy Lens Mikelsin uğurlu çıxışı sayəsində nəticəni öz lehinə dəyişib. O, iki dəqiqə ərzində iki qol vuraraq komandasını hesabda önə çıxarıb.

90 dəqiqənin sonunda hesab 3:2 olduğu üçün əlavə vaxt oynanılıb. Əlavə vaxtda isə “Selye” daha üstün oynayaraq həlledici qolu vurub və mərhələ adlayıb.

Nəticədə, “Sabah” mübarizəni UEFA Konfrans Liqasında davam etdirəcək.

Chosen
40
2
unikal.az

4Sources