EN

Peskov Ermənistanla münasibətlərdən danışdı

Rusiya Ermənistanla münasibətləri inkişaf etdirmək istəyir. Metbuat.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov belə açıqlama verib. Rusiyanın “Mayak” radiosuna danışan Peskov Rusiyanı Ermənistanla çoxtərəfli formatla yanaşı, sıx ikitərəfli əlaqələrin də birləşdirdiyini bildirib. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq istəyinə toxunan Peskov qeyd edib ki, İrəvan çoxvektorlu siyasət yürüdür.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın KTMT-dəki üzvlüyünün dondurulmasının mümkünlüyü barədə açıqlama vermişdi.

Chosen
34
metbuat.az

1Sources