EN

“Real” Vinisiusu yalnız bir şərtlə satmağa hazırdır

Madrid "Real"ı hücumçusu Vinisius Juniorla yolları ayıra bilər.

90deqiqe.Az-ın "Transfer News Live"ə istinadən yaydığı xəbərə görə, klub braziliyalı futbolçunun satışını nəzərdən keçirir. "Kral klubu" yalnız bir halda bu addımı atacaq – əgər 25 yaşlı oyunçu yeni müqavilə danışıqları zamanı yüksək maaş tələbində israr etməyə davam edərsə.

Qeyd olunur ki, tərəflər arasında aparılan danışıqlar istənilən səviyyədə irəliləmir. "Real" rəhbərliyi Vinisiusun maliyyə baxımından irəli sürdüyü şərtlərdən narazıdır.

Xatırladaq ki, futbolçunun mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
75
22
90deqiqe.az

10Sources