EN

"Azərbaycan-Türkmənistan əlaqələri mütəmadi olaraq daha da möhkəmlənir" -Deputat

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri hörmətli Qurbanqulu Berdiməhəmmədovun görüşü iki qardaş ölkə arasında strateji tərəfdaşlığın və qarşılıqlı etimada əsaslanan münasibətlərin növbəti təzahürüdür". 

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi.

"Bu yüksək səviyyəli təmas həm siyasi dialoqun intensivliyini, həm də regional əməkdaşlıqda Türk dövlətlərinin artan rolunu bir daha nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış və dərin düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan-Türkmənistan əlaqələri mütəmadi olaraq daha da möhkəmlənir, ortaq tarixi və mədəni köklər üzərində yeni əməkdaşlıq formatları yaranır. Qardaş Türkmənistanla müxtəlif sahələrdə – enerji, nəqliyyat, ticarət və humanitar sahələrdə əlaqələrin genişlənməsi bölgəmizdə sabitlik və tərəqqiyə xidmət edən mühüm amillərdəndir", - deyə siyasətçi qeyd etdi.

Millət vəkili eyni zamanda bildirdi ki, İlham Əliyev tərəfindən müxtəlif dövlət liderlərinin, həmçinin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmədovun işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkil edilməsi bölgənin beynəlxalq müstəvidə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

"Bu səfər, eyni zamanda Türk dünyasında həmrəyliyin və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin nümunəvi modelinə çevrilən Azərbaycan-Türkmənistan əlaqələrinin gələcəyinin nə qədər parlaq olduğunu bir daha sübut etdi", - deyə Günay Ağamalı qeyd etdi

Xədicə BAXIŞLI

Chosen
98
31
redaktor.az

10Sources