EN

12 abituriyentin nəticələri LƏĞV OLUNDU

Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə iyulun 6-da tarixində keçirilmiş qəbul imtahanların nəticələrini elan edib.

Bizim.Media xəbər verir ki, imtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41 min 484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bizim.Media

Chosen
36
1
bizim.media

2Sources