EN

Premyer Liqada debüt edəcək komandada gündəm: Üçü ilə bağlandı, yeddisi də gələcək

Premyer Liqaya vəsiqə qazanan “İmişli” növbəti mövsümün hazırlıqlarını davam etdirir.

Baş məşqçi postuna portuqaliyalı mütəxəssis Xorxe Kaskilyanı gətirən bölgə təmsilçisi heyətinj gücləndirilməsinə start verib.

Yerlilərdən hələlik Azər Salahlı, İbrahim Əliyev, İmam Əli, Hüseynəli Quliyevlə münasibətlər rəsmiləşib.

Əcnəbilərdən isə iki braziliyalı – Ronaldo Rodriges de Souza və Rafael Viaqas karyerasını İmişli təmsilçisində davam etdirməyə qərar verib.

Ötən mövsüm komandanın sıraalrında olmuş başqa bir braziliyalı Dioqo Vaskesin daha 2 il klubda qalmasına qərar verilib.

Transfer məsələsində axtarışlar və danışıqlar davam edir.

Sportinfo.az xəbər verir ki, yerli futbolçu sarıdan korluq çəkməyən bölgə təmsilçisi əsas diqqəti əcnəbilərə ayırıb.

Baş məşqçinin istəyi ilə komandaya daha 7 legionerin cəlb olunması nəzərdə tutulub. Kaskilyo əsasən tanıdıqlarına və oyununa şəxsən bələd olduqlarına güvənmək niyyətindədir.

Odur ki, debütantın yeniləri Portuqaliya və Braziliyadan olacaq. Bu ayın sonuna qədər bir neçə futbolçunun transfer anonsu təqdim olunacaq.

HƏBİB / SPORTİNFO.AZ

Chosen
60
sportinfo.az

1Sources