Bu il respublikada XI sinif məzunlarından 220 nəfər qızıl, 41 nəfər gümüş nişanla təltif edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2024-2025-ci tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb.