Xəbər verdiyimiz kimi Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 6 iyul 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
DİM-dən AzEdu.az-a bildirilib ki, İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 41484 abituriyentdən (II qrup üzrə 18014 nəfər, III qrup üzrə 23470 nəfər) 1160 nəfər (II qrup üzrə 616 nəfər, III qrup üzrə 544 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 12 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib