EN

"Barsa" yetirməsinə 70 milyon avro ödəmək istəmir

"Leypsiq"də çıxış edən Xavi Simons "Barselona"ya qaytarmaq arzusundadır.

İdman.biz xəbər verir ki, Kataloniya klubunun idman direktoru Deku futbolçunun nümayəndələri ilə görüşüb.

İspaniya mətbuatı 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin "Leypsiq"i tərk etmək fikrini qətiləşdirdiyini yazıb. Amma Almaniya təmsilçisinin yüksək transfer məbləği tələb etməsi vəziyyəti çətinləşdirib. "Barsa"nın da Simonsa görə 70 milyon avro ödəməyə hazır olmadığı bildirilib.

Qeyd edək ki, Niderland yığmasının üzvü "Barselona" akademiyasının yetirməsidir. Xavi "Bavariya"nın da transfer siyahısında daxildir.

İdman.biz

Chosen
49
idman.biz

1Sources