İtaliya millisinin və PSJ-nin qapıçısı Canluici Donnarumma transfer bazarında böyük maraq doğurur.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 yaşlı qolkiperlə “Bayern” və “Mançester Siti” maraqlanır.
Onun hazırkı bazar dəyəri 40 milyon avro qiymətləndirilir.
Donnarumma ilə PSJ arasındakı müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.
İtaliyalı futbolçu son mövsümdə Paris klubunun heyətində 47 oyun keçirib, 43 top buraxıb və 17 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.