Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 2023-cü ilin iyunun 8-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsində baş verib.
Bakı şəhər sakini, 1955-ci il təvəllüdlü Almaz Hüseynova həmin gün saat 9 radələrində onunla birgə yaşayan qızı Xumarın (ad-soyad şərtidir – red.) mətbəx əşyalarını tulladığına görə ona etiraz edib. A. Hüseynovanın qızına irad tutması səbəbindən şəxsi münasibətlər zəminində aralarında mübahisə baş verib.
Münaqişə zamanı taxta parçası ilə qəsdən müxtəlif nahiyələrinə bir neçə zərbə vuraraq qızına müxtəlif dərəcəli xəsarətlər yetirib.
Hadisəni törədən A. Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, qızı ilə birlikdə yaşayır: “Təxminən 18 il müddətdir ki, Xumar ilə mübahisəli vəziyyətdə yaşayırıq. Xumar bu müddət ərzində bir neçə dəfə əsassız olaraq mənimlə mübahisə edib, barəmdə polisə əsassız şikayətlər edib. O, bir dəfə özünə xəsarət də yetirib”.
Müttəhim qadının sözlərinə görə, 2019-cu ilin sentyabr ayında Xumarın bu hərəkətlərinə görə Suraxanı rayon icra hakimiyyətindən mühafizə orderi də alıb: “Hazırki şikayətlə bağlı isə 2023-cü ildə mübahisə olmayıb. Xumar həmin şikayətində bildirib ki, onu evin mətbəxində taxta parçası ilə döymüşəm. Həmin tarixdə mübahisə olmayıb, onu heç vaxt döyməmişəm. Mən 3 ildir ki, onkoloji xəstəlikdən əziyyət çəkirəm. Bu müddətdə iki dəfə onkoloji əməliyyat olunmuşam. Xumar yaşadığımız evdə dözülməz şərait yaradıb. Buna görə yay aylarında və iki dəfə əməliyyat olunandan sonra digər qohumlarımın evində yaşamışam”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkmiş şəxs ərinə qarşı şikayətini geri götürüb.
Bu səbəbdən A. Hüseynovanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
10Sources
-
azpolitika.info“SVO qəhrəmanı” toy gecəsi arvadını öldürdü FOTO ( 19502798)
-
demokrat.azSumqayıtda 56 yaşlı kişi oğlunu evdən qovdu, arvadını döydü TƏFƏRRÜAT ( 19501514)
-
demokrat.azSumqayıtda 56 yaşlı kişi oğlunu evdən qovdu, arvadını döydü — TƏFƏRRÜAT ( 19501154)
-
referans.azOna yol verməyən şəxsin boynunu sındıran taksi sürücüsü məhkəmədə həbs edildi- QƏRAR DƏYİŞDİ ( 19495100)
-
gundem.azBakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə AĞLADI ( 19416227)
-
olke.azBakıda ərini çarpayıdan yıxıb öldürən qadın məhkəmədə ağladı ( 19405579)
-
demokrat.azBakıda 70 yaşlı qadın qızını taxta parçası ilə döydü ( 19372171)
-
demokrat.azBakıda kişi başqası ilə münasibətdə olan arvadını bağışladı, sonra isə... — TƏFƏRRÜAT ( 19371799)
-
news365.azAtasını döyərək öldürən şəxsə 9 il həbs cəzası verildi ( 19371034)
-
bakivaxti.azAtasını döyərək öldürən şəxsə 9 il həbs cəzası verildi ( 19370113)