EN

ADA Universiteti dövlət sifarişli yerlərə tələbə qəbuluna başlayır (FOTO)

Bakı. Trend:

ADA Universitetində 17 iyul 2025-ci il tarixində dövlət sifarişiəsasında maliyyələşən yerlər haqqında məlumat sessiyasıkeçirilib.

Trendxəbər verir ki, tədbirdə universitetin rəhbərliyi, müəllim heyəti,abituriyentlər və onların valideynləri iştirak ediblər. Tədbirinməqsədi 2025–2026-cı tədris ili üçün dövlət sifarişi əsasındamaliyyələşən yeni təhsil imkanlarını ictimaiyyətə təqdim etməkolub.

Tələbələr Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi qəbulimtahanları nəticəsində dövlət sifarişi ilə ayrılmış yerlərə qəbulolunacaqlar. Həmin tələbələr təhsil müddəti boyunca təhsilhaqqından tam azad olunacaq və akademik göstəricilərinə uyğunolaraq aylıq təqaüd alacaqlar. Bu qərar ölkədə yüksək ixtisaslımütəxəssislərin hazırlanmasına və ali təhsilin maliyyə baxımındandaha əlçatan olmasına yönəlmiş strateji addım kimiqiymətləndirilir.

Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, Hafiz Paşayevqeyd edib ki, bu təşəbbüs ali təhsilin keyfiyyətinə, gənclərinpotensialının reallaşdırılmasına və ölkənin insan kapitalınıninkişafına mühüm töhfə verəcək: “Yeni tədris ilindən etibarən ADAUniversitetinə 180 dövlət sifarişli yer ayrılıb. Universitetinyaranmasından bəri əsas missiyamız Azərbaycanda xaricdə veriləntəhsil səviyyəsindən də yüksək bir ali məktəb qurmaq olub”.

Tədbirdə həmçinin ADA Universitetinin İqtisadiyyat ixtisasınınməzunu Aydan Məmmədzadə və Riyaziyyat ixtisasının tələbəsi ÖmərƏsgərzadə də çıxış edərək universitetdə qazandıqları təhsiltəcrübələrini və uğur hekayələrini bölüşüblər.

Dövlət sifarişli yerlər ilkin mərhələdə müəyyən ixtisaslarıəhatə etsə də, gələcək illərdə bu imkanların daha çox akademikproqramlara şamil olunması planlaşdırılır. Bu isə daha geniş tələbəkütləsinin dövlət dəstəyindən yararlanmasına imkan yaradacaq.

Qeyd edək ki, 2025–2026-cı tədris ili üzrə ADA Universitetindədövlət sifarişi əsasında tələbə qəbulu nəzərdə tutulan ixtisaslaraşağıdakılardır:

I Qrup:

  • Kompüter elmləri – 30 yer
  • Kompüter mühəndisliyi – 30 yer
  • Riyaziyyat – 30 yer
  • İnformasiya texnologiyaları – 30 yer

II Qrup:

  • Maliyyə – 30 yer
  • İqtisadiyyat – 30 yer
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Məqalədə:
Chosen
118
35
az.trend.az

10Sources