London, 17 iyul, AZƏRTAC
Böyük Britaniyanın Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts bu gün Londonda müdafiə və miqrasiya sahəsində mühüm saziş imzalayıblar.
AZƏRTAC xəbər verir ki, xarici işlər nazirləri Devid Lemmi və Yohan Vadefulun da qatıldıqları imzalanma mərasimi Viktoriya və Albert Muzeyində baş tutub. “Kensinqton Müqaviləsi” adlanan bu sənəd 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmasından bəri Böyük Britaniya ilə Almaniya arasında imzalanan ən böyük saziş kimi qiymətləndirilir.
İmzalanmadan sonra Kansler və Baş nazir Daunin Stritdə bir araya gəliblər. Bu gün liderlərin birgə mətbuat konfransı da gözlənilir.
Dauninq Stritdən verilən açıqlamaya görə, Almaniya bu ilin sonunadək qanunvericiliyini sərtləşdirərək Britaniyaya qeyri-qanuni miqrant axını təşkil edən cinayətkar şəbəkələrə qarşı tədbirləri gücləndirəcək.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London