EN

Ən böyük Mars meteoriti hərracda: Görün neçəyə satıldı

Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars meteoriti "NWA 16788" Nyu-Yorkda auksionda 5,296 milyon dollara satılıb. Marsın bu fraqmenti hərraclar tarixində ən bahalı meteorit olub.

Publika.az xəbər verir ki, bu barədə "Sotheby's" hərrac evi məlumat yayıb.

Bildirilir ki, göy cisminin kütləsi 24,67 kiloqram, ölçüləri təxminən 375 × 279 × 152 mm-dir. Onun materialının yalnız 6,5%-nin yer üzündə analoqu var. "NWA 16788" planetimizdə tapılan növbəti ən böyük Mars meteoritindən demək olar ki, 70% böyükdür.

Meteorit Mars maqmasının yavaş soyuması nəticəsində əmələ gəlib. Əsasən piroksen, maskelinit və olivindən ibarətdir və qaba dənəli teksturaya malikdir.

Tapıntının ilkin qiymətləndirilməsi 2-4 milyon dollar arasında idi. Meteoritin Yerə düşməsinin dəqiq tarixi məlum deyil, lakin hərrac evinin məlumatına görə, o, Marsla asteroidin güclü toqquşması nəticəsində planetimizə çatıb.

"NWA 16788" 16 noyabr 2023-cü ildə Nigerin ucqar Aqades bölgəsində meteorit həvəskarı tərəfindən kəşf edilib.

Chosen
101
2
publika.az

8Sources