EN

Məşhur video-oyundan rusdilli şərhçilər çıxarıldı, türkdillilər əlavə olundu

BAKI, 17 iyul. TELEQRAF

Məşhur futbol simulyatoru EA FC-nin (keçmiş adı FIFA) yeni versiyasında bir sıra dəyişikliklər olacaq.

Teleqraf "Steam"ə istinadən xəbər verir ki, video-oyunda uzun illərdən sonra türkdilli şərhçilərin olacağı gözlənilir.

Hələlik seçimin hansı şərhçilər üzərində olduğu barədə məlumat verilmir. Türkdilli şərhçilər sonuncu dəfə FIFA 15-də olub.

Həmçinin məşhur video-oyunun yeni buraxılışda rusdilli şərhçilərin olmayacağı da qeyd edilir. Uzun müddət ərzində rusiyalı Georgi Çerdantsevlə Konstantin Geniçin səsi bu oyunda eşidilirdi.

Qeyd edək ki, "EA Sports FC 26"nın rəsmi buraxılışı sentyabrın 19-da olacaq. Video-oyunun son versiyasında Azərbaycandan komandalarından "Qarabağ" da yer alıb.

Chosen
95
teleqraf.com

1Sources