EN

Hafiz Paşayev: 4 nəvəm Azərbaycanda təhsil alıb

BAKI, 17 iyul. TELEQRAF

“Hazırda çoxları xaricdə oxumağı arzulayır. Amma mən deyə bilərəm ki, oxumaq və inkişaf etmək üçün burda da kifayət qədər imkanlar var”.

Teleqraf xəbər verir ki, bu fikirləri ADA Universitetinin rektoru, professor Hafiz Paşayev universitetdə dövlət sifarişli yerlərlə bağlı keçirilən məlumat sessiyasında səsləndirib.

Rektor qeyd edib ki, hazırda bir çox gənclər xaricdə təhsil almağı arzulayır, lakin ölkədə də keyfiyyətli təhsil üçün geniş imkanlar mövcuddur:

“Mənim dörd nəvəm var. Hamısı bu universitetdə təhsil alıblar. Onlardan ikisi artıq xaricdə magistratura pilləsi üzrə təhsillərini davam etdirirlər.Tələbələrin təxminən 30 faizi ADA Universitetində ödənişsiz təhsil alır. Yaxşı oxuyan bizdə də pulsuz oxuya bilər. Dövlət sifarişi əsasında bu il üçün 180 yer ayrılıb. Bu, dövlət siyasətinə uyğun olaraq verilmiş qərardır. Oxumaq istəyənlər xaricə getmədən burada da daha yaxşı təhsil ala bilirlər”, - rektor vurğulayıb.

Chosen
76
1
teleqraf.com

2Sources