EN

Türkiyədən Azərbaycana tekstil ixracı 23 milyon dolları keçib (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Azərbaycana tekstil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 28,7 faiz artaraq, 4 milyon 247 min 91 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Azərbaycana tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 faiz artaraq, 23 milyon 526 min 32 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin tekstil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq, 4 milyard 737 milyon 25 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 693 milyon 351 min dollar məbləğində tekstil ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 7,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 9 milyard 611 min 930 dollar məbləğində tekstil ixrac edib.

Chosen
46
16
turkic.world

10Sources