EN

Çağırışçıların hərbi xidmətə təntənəli yolasalma mərasimi baş tutub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı və Göygöl rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl rayonundan olan çağırışçıların müddətli həqiqi hərbi xidmətə təntənəli yolasalma mərasimi keçirilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Göygöldəki Heydər Əliyev parkında təşkil olunan tədbirdə rayon ictimaiyyəti, Dövlət Xidmətinin rəhbər heyəti, valideynlər, şəhid ailələri, müharibə iştirakçıları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Göygöl rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib. Ordunun qüdrəti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi zamanı əldə edilən zəfər barədə də danışan icra başçısı çağırışçılara uğurlar arzulayıb.

Daha sonra çıxış edən Xidmətin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Vətəni müdafiənin hər bir gəncin borcu olduğunu vurğulayıb. Müharibə zamanı gənclərin vətənpərvərliyi, çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş məlumat verən idarə rəisi, hərbi xidmətə yola düşənlərə öz tövsiyələrini çatdırıb.

Sonra hərbi orkestrin müşayiəti ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komanda bölüyünün nümunəvi çıxışı qonaqlar tərəfindən maraqla izlənilib.

Tədbirin sonunda hərbi xidmətə yola düşən çağırışçılar dövlət bayrağını öpərək Vətənə şərəflə xidmət edəcəklərinə söz verib, təyin olunduqları hərbi hissələrə yola düşüblər.

Qeyd edək ki, analoji tədbirlər ölkənin bir sıra rayonlarında təşkil edilib və növbəti çağırış aylarında da davam etdirilməsi nəzərdə tutulur.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

41169

15195

76014

24794

37708

24810

65713

2905

79221

Chosen
35
poliqon.az

1Sources