“Qarabağ” “Barselona”da oynamış futbolçu ilə danışıqlar aparır
“Qarabağ” heyətini xorvatiyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.
Demokrat.az qafqazinfo-ya istinadla xəbər verir ki, Ağdam təmsilçisi “Barselona”nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir.
A.Haliloviç hazırda müqavilə ilə Niderlandın “Fortuna”(Sittard) klubuna məxsusdur.