“Qarabağ” heyətini xorvatiyalı futbolçu ilə gücləndirə bilər.
Publika.az xəbər verir ki, Ağdam klubu “Barselona”nın sabiq üzvü Alen Haliloviçlə maraqlanır. Hazırda tərəflər arasında danışıqlar gedir. Xorvat futbolçu 2026-cı il iyunun 30-na qədər Niderlandın “Fortuna”(Sittard) klubuna məxsusdur.
Onun xidmətində “Trabzonspor”un da maraqlı olduğu iddia edilir.
Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Haliloviç “Dinamo” (Zaqreb), “Barselona”, “Sportinq” (Xixon), “Hamburq”, “Las-Palmas”, “Milan”, “Standard” (Liej), “Herenven”, “Birmingem”, “Ridinq” və “Riyeka” klublarında oynayıb.