EN

Rusiya Ukraynanın 126 dronunu VURDU

Ukraynanın Rusiyaya qarşı həyata keçirdiyi dron hücumunda bir nəfər ölüb, 4 nəfər isə yaralanıb.

"Cebheinfo.az" Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, havadan müdafiə sistemləri 126 Ukrayna dronunu zərərsizləşdirib.

Dronların çoxu Rusiyanın cənub-qərb hissəsində, bəziləri isə Moskva regionunun səmasında vurulub.

Onların 122-si gecə, 4-ü isə səhər saatlarında məhv edilib.

"Cebheinfo.az"

Chosen
57
49
cebheinfo.az

10Sources