Gəncə şəhərində 7 yaşlı qız karuseldən yıxılaraq xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatlna görə, hadisə Bayraq Meydanında qeydə alnıb. Şəhər sakini olan 2018-ci il təvəllüldü A.Əliyeva ərazisdə karuseldən yıxılıb. Xəsarət alan azyaşlı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.