EN

“Atalanta”nın hücumçusu “İnter”ə keçir

“Atalanta”nın hücumçusu Ademola Lukman “İnter”ə keçməkdə maraqlı olduğunu bildirib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı nigeriyalı ayrılmaq istədiyini klubuna bildirib. “Atalanta” futbolçunun transferi üçün ən azı 40 milyon avro alacağını gözləyir. 2024/25 mövsümündə 27 yaşlı Lukman 39 oyun keçirib, 20 qol vurub və 7 məhsuldar ötürmə edib.

Onun klubu ilə hazırkı müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir. “Transfermarkt” portalı oyunçunun dəyərini 60 milyon avro qiymətləndirir.

Chosen
71
idmanxeber.az

1Sources