İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Gvir Suriya prezidenti Əhməd Əl Şaraanın öldürülməsinə çağırıb.
Publika.az xəbər verir ki, Ben-Gvir sosial media hesabında paylaşım edərək Şaraanın “ortadan qaldırılması lazım olduğunu” bəyan edib.
Nazir Suriyanın İsrail sərhədlərində yerləşən dürzi icmasına qarşı münasibətini tənqid edib və Şaraanı bu məsələdə günahlandırıb. Ben-Gvirin sözlərinə görə, Suriya ordusu dürzilərə qarşı təzyiq və zorakılıq göstərib, bu səbəbdən ölkənin lideri məsuliyyət daşıyır.
İsrailin idman naziri Amichai Çikli də dünən Şaraa sui-qəsd çağırışı edərək,