EN

DİN: Əməliyyat tədbirləri ilə 13 kiloqramdan artıq narkotik vasitə götürülüb

Bakı, 17 iyul, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 16-da ümumi çəkisi 13 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş ümumi çəkisi 1,8 tondan artıq 5 min 283 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyi bildirilib.

 

Chosen
67
20
azertag.az

10Sources