EN

Suraxanıda 2 mərtəbəli ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Bakues.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 4 otağın yanar konstruksiyaları və dam örtüyü 120 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Chosen
26
16
icma.az

10Sources