EN

Milyonlarla insan işsiz qalacaq: Bazara elə bir avadanlıq gəlir ki…

ABŞ-dəki Corciya Texnologiya İnstitutu “Georgia Tech” və tərəfdaları süni intellektdən istifadə edərək elmi kəşfləri sürətləndirmək üçün Milli Elm Fondundan 20 milyon dollar alıb. 

Həmin pula ölkədə ən sürətli superkompüterlərdən biri olan “Nexus”-un hazırlanması nəzərdə tutulur.

İş 2026-cı ilin yazında tamamlanacaq. “Nexus” saniyədə 400 katrilyondan çox əməliyyat yerinə yetirəcək ki, bu da dünyada hər bir insanın saniyədə 50 milyon hesablama aparmasına bərabərdir.

Xüsusi olaraq süni intellekt və yüksək performanslı hesablamalar üçün nəzərdə tutulmuş sistem dərmanların kəşfi, təmiz enerjidən tutmuş iqlim modelləşdirməsinə və robot texnikası innovasiyasına qədər müxtəlif problemlərin həllinə kömək edəcək.

Nexus 330 trilyon bayt operativ yaddaş və 10 kvadrilyon bayt fleş yaddaş daxil olmaqla, böyük hesablama gücünü qabaqcıl yaddaş və saxlama imkanları ilə birləşdirəcə. Bu da təxminən 10 milyard kağız bağlamasına bərabərdir.

O, həmçinin ultra-sürətli məlumat ötürmə sistemləri ilə təchiz olunacaq. Bu da tədqiqatçılara sistemlər arasında məlumat ötürməsini gözləməyə daha az vaxt sərf etməyə və kəşflərə daha çox vaxt ayırmağa imkan verəcək. Süni intellektin bu dərəcədə inkişafı əmək bazarına işsizlik yaradacaq. 

Milyonlarla insan öz işindən olacaq, peşələr əmək bazarından çıxacaq.

Chosen
179
cebheinfo.az

1Sources