EN

“Neftçi” İsrail komandasına qarşı

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Neftçi” bu gün ilk yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi kollektiv İsrailin “Hapoel Təl-Əviv” klubu ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

əqib komandanın istəyinə əsasən görüş qapalı keçiriləcək.

Matç “Neftçi TV” ilə canlı yayımlanacaq.

“Neftçi” digər sınaq matçlarında iyulun 22-də “Termalitsa Nyeçetşa” (Polşa), 27-də “Asteras Tripolis” (Yunanıstan) və avqustun 1-də AEL (Kipr) klubu ilə qarşılaşacaq.

Chosen
21
4
futbolpress.az

6Sources