EN

Neymarın ilk qolu 3 xal qazandırdı, sabiq "Qarabağ"lı sonda yada düşdü

Braziliya çempionatının 14-cü turu çərçivəsində "Santos" - "Flamenqo" matçı keçirilib. 

Fanat.Az xəbər verir ki, meydan sahibləri “qırmızı-qaralar” üzərində 1:0 hesablı qələbəni bayram ediblər. 

Vurulan yeganə qolun müəllifi 84-cü dəqiqədə rəqib qapısına yol tapan ulduz hücumçu Neymar olub. Bu, onun cari mövsümdə ilk qoludur. 

"Flamenqo"da çıxış edən və əsasən ehtiyatda qalan "Qarabağ"ın sabiq hücumçusu Juninyo komandası hesabda geri düşəndən sonra - 87-ci dəqiqədə meydana buraxılıb.

Bu qələbədən sonra "Santos"un aktivində 14 xalı var və Braziliya çempionatının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. “Flamenqo”ya gəlincə, komanda 27 xalla liderliyini qoruyub. 

Mirağa

Chosen
89
fanat.az

1Sources