EN

Rusiyanın bu şəhəri vuruldu...-Ölənlər və yaralananlar var...-QUBERNATOR+VİDEO

İyulun 16-da axşam saatlarında naməlum pilotsuz təyyarələr Rusiyanın Belqorod şəhərinə hücum edib.
 
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, ruslar yerli "pablik"lərdə(sosial şəbəkələrdəki ictimai qruplar-S.L.) bundan şikayətlənirlər.
 
Kadrlarda çoxsaylı partlayışlar və Rusiya hava hücumundan müdafiə qüvvələrinin işi, həmçinin dron enişlərinin özləri əks olunub.
 
Belqorod vilayətinin qubernatoru ruslara “ağır xəbər” verib. Onun sözlərinə görə, hücum nəticəsində bir nəfər ölüb, daha altı rusiyalı yaralanıb. Rusiyanın "Baza" telegram-kanalı ən azı iki nəfərin öldüyünü bildirib.

 

S.Laçın
Chosen
28
50
moderator.az

10Sources