Bakı. Trend:
Bakının Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar bəziərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Trend xəbər verir ki, bubarədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bu gün Sabunçu Rayonu Enerji Təchizatı və Satışıİdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpaişləri həyata keçiriləcək.
Bu səbəbdən saat 10:00-dan 13:00-dək Bakıxanov qəsəbəsində LeylaMəmmədbəyli, Nazim İsmayılov, Səmədbəy Mehmandarov, Yavər Əliyevküçələrində elektrik enerjisinin verilişində məhdudiyyətyaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər dahakeyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.