EN

Yamal yeni nömrəsinə qovuşdu – VİDEO

“Barselona”nın cinah hücumçusu Lamin Yamal bundan sonra komandanın heyətində 10 nömrəli forma ilə çıxış edəcək.

Publika.az xəbər verir ki, Yamaldan əvvəl “Barselona”nın 10 nömrəli formasını Lionel Messi və Ronaldinyo kimi əfsanəvi futbolçular daşıyıb.

18 yaşlı Yamal daha əvvəl katalon klubunda 19 nömrəli forma ilə çıxış edirdi.

Qeyd edək ki, bu nömrə son olaraq Ansu Fatinin olub. O, iyulun əvvəlində “Monako”ya icarəyə verilib.

Chosen
176
50
publika.az

10Sources