“Barselona”nın 18 yaşlı ispaniyalı ulduzu, gənc sağ cinah hücumçusu Lamin Yamalın adı növbəti qalmaqalda hallanıb.
Arena.az məlumat verir ki, ispan model Klaudia Kalvo “TardeAR” şousunda, gənc futbolçudan 18-ci doğum günü tədbirinə dəvət aldığını və özü ilə “xüsusi əndama” malik rəfiqələrini də gətirməsinin istənildiyini bildirib.
“Məni Lamin Yamalın doğum gününə həsr edilmiş axşam məclisinə dəvət etmişdilər. Özümlə rəfiqələrimi də gətirməyi xahiş etmişdilər. Bizə 10 min avro məbləğdən 20 min avro məbləğə qədər ödəniş təklif etmişdilər, amma onların bizdən nə gözlədiyini bilmirəm. Onlar çox xüsusi sinə ölçülərinə malik sarışın qadınlar haqda soruşurdular. Biz özümüzlə telefon götürə bilməzdik.
Mənim yalan danışmağa əsasım yoxdur, axı mən müvafiq təcrübə ilə qarşılaşmış ilk qız deyiləm. Amma hələlik mən bu barədə ictimai surətdə bəyanat verməyə qərar vermiş ilk kəsəm”, deyə Kalvo vurğulayıb.
Üstəlik, Kalvo sosial şəbəkələrdə bir neçə ekran təsviri paylaşıb. Bu təsvirlərdə əks edilmiş yazışmalarda Kalvonun rəfiqələri ilə müvafiq mövzuda söhbəti yer alıb. Rəfiqələri bildiriblər ki, onlar da Yamalın doğum günü tədbirinə dəvət alıblar – dəvətçilər “cinsi məqsədlər üçün” gözəl qızlara ehtiyac duyublar.
Əlavə edək ki, yeniyetməlikdən təzəcə çıxmış Lamin Yamalın müvafiq davranışı heç də xoş qarşılanmayıb. Futbolçunun adı artıq neçənci dəfədir ki, xoşagəlməz qalmaqalda hallanır. Daha əvvəl Yamalın porno aktrisa Klaudia Bavelə “girişdiyi” haqda məlumat yayılmışdı. Sosial şəbəkə istifadəçiləri, belə gedişlə Yamalın ulduz xəstəliyinə tutularaq, istedadını məhv edə biləcəyinə eyham vurublar.