"Neftçi" klubh 2025/26 mövsümü üçün ev formasını təqdim edib. 

Offsideplus.az xəbər verir ki, "Kappa" tərəfindən hazırlanan formalar retro dizayndadır. Formanın üzərində 2026-cı ilin fevralında 80 illik yubileyini qeyd ediləcək klub əfsanəsi Anatoli Banişevskinin “İdeal futbolçu silueti” adlanan xüsusi təsviri yer alır.

Arxa boyun hissəsinə işlənmiş xüsusi detal - 8 və 0 rəqəmlərinin incə birləşməsi həm 80 illik yubileyi, həm də əbədiyyəti simvolizə edir.