EN

Yamal “Barselona” ilə 2031-ci ilə qədər yeni müqavilə imzaladı

“Barselona” klubu ispan hücumçusu Lamin Yamal ilə 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilənin rəsmən imzalandığını elan edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, tərəflər müqavilənin yenilənməsi barədə razılığa hələ may ayının sonunda gəlmişdi. Lakin futbolçu yeni sənədə imza atma mərasimində nənəsinin də iştirakını istədiyi üçün proses təxirə salınmışdı. Yamal 13 iyulda 18 yaşını tamamladıqdan sonra müqavilə rəsmiləşdirilib.

Lamin Yamal “Barselona”nın əsas komandasında debütünü 2023-cü ilin aprelində – cəmi 15 yaşında, La Liqa matçında 7 dəqiqə oynamaqla edib. 2023/2024 mövsümündə o, artıq komandanın əsas oyunçularından birinə çevrilib. Yamal həmin mövsümdə 50 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə ilə yadda qalıb. Ardınca İspaniya millisinin heyətində Avropa çempionu olub.

Ümumilikdə, ötən mövsüm gənc futbolçu 55 qarşılaşmada meydana çıxaraq 18 qola imza atıb və 25 məhsuldar ötürmə verib.

Chosen
77
50
90deqiqe.az

10Sources